X-ONE

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
X-ONE
Təsis tarixi 2005
Ölkə
Dil ingilis dili[1]
ISSN 1471-1192
x360magazine.com


"X-ONE" (əvvəllər "X360") — Birləşmiş Krallıqda "Imagine Publishing" tərəfindən nəşr olunan, "Xbox 360" və "Xbox One" üçün nəzərdə tutulmuş videooyun jurnalı.[2] Jurnalda xəbərlər, önizləmələr, resenziyalar öz əksini tapırdı.

"X360" adı ilə təsis edilən jurnal ilk növbədə, "Highbury Entertainment"in ləğv olunmuş "XBM" nəşrinə əlavə olaraq daxil edilmişdi, lakin "Xbox 360"ın satışa çıxarılmasından əvvəl, 2005-ci ilin oktyabrında aylıq jurnala çevrilmişdir. Bu, "Highbury Entertainment"in ən böyük buraxılışı idi və aşağı səviyyəli marketinq üçün 200 min funt sterlinqdən çox məbləğ xərclənmişdir. 2013-cü ilin oktyabrında "X360" jurnalının adı 104-cü nömrəsində "X-ONE" olaraq dəyişdirilmişdir.[2]

Jurnal 2015-ci ilin noyabr ayından nəşrini dayandırmışdır.

  1. 1 2 3 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1471-1192
  2. 1 2 "X360 magazine renamed X-ONE for launch of new Microsoft console". Imagine. 28 October 2013. 4 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]