Sosiofobiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Sosiofobiya (lat. socius - ümumi, birlikq.yun. φόβος) — ictimai yerlərdə çıxış etmək, başqa insanlar qarşısında öz fikrini bildirməkdən çəkinən insanlara aiddir. Onlar gülünc görünməkdən, fikirlərini çatdıra bilməməkdən qorxurlar.[1]

Karvasarski ikinci qrupu qorxuları sosiofobiya adlandırır. Bura daxildir: ereytofobiya (insanlar arasında qızarmaq qorxusu), ictimai çıxışlardan qorxma, yad insanların yanında hər hansı bir hərəkəti etmənin mümkünsüzlüyünü qorxusu (məsələn: stuldan qalxıb ayaqyoluna getmək) və s. Bu cür qorxular ətrafdakılara nə qədər cəfəng görünürsə, qorxu daşıyıcılarına bir o qədər dramatik gəlir. Məsələn, deyilənə görə, məşhur Danimarka astronomu Tixo Braqe ziyafət zamanı utanıb ayaqyoluna vaxtında getmədiyi üçün sidik kisəsi iltihabından ölmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan dilində online sosial fobiya testi

  1. "Mental and behavioral disorders: Social phobias World Health Organization". 2014-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.