Hippokrat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hippokrat
q.yun. Ἱπποκράτης
Doğum tarixi təq. e.ə. 460
Vəfat tarixi təq. e.ə. 370
Vəfat yeri
Fəaliyyəti həkim, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hippokrat (yun. Ἱπποκράτης, lat. Hippocrates; təxminən e.ə. 460e.ə. 370) — ən tanınmış qədim yunan həkimi olmuşdur. Onu "təbabətin atası" adlandırmışdılar. O, həm də təbabətdə əxlaq məsələlərinə toxunaraq həkimin davranış qaydalarına dair fikirlərini açıqlamışdır. "Hippokrat andı"nda hər bir həkimin riayət edəcəyi əxlaqi məsələlər öz əksini tapmışdır.

Hippokrat, atası tərəfindən yetişdirilib, Taşoz, Abdera, Larissa və Kyzikosda həkimlik etdi. Anadolunun şimal ellərini gəzdikdən sonra, İstanköy adasına dönərək həkimliyini davam etdirdi.

Ölümündən sonra, İstanköy Adası Həkimlik Məktəbinin bütün kəşfləri Hippokrata aid edilmişdir; amma bunların hamısının olmasa belə, böyük bir hissəsinin həqiqətən onun kəşfi olduğuna şübhə yoxdur. Onun müalicəsi orqanizmdəki qan, limfa, öd kimi mayelərin xəstəliklərinə qarşıdır. Dövrünün bütün həkimlik məlumatlarına malik olması və bunları ən yaxşı şəkildə tətbiq etməsi əsərlərindən aydın olur.insan bədənindəki qan limfa və öd kimi mayelərin tarazlığının pozulduğunu və xəstəliklərin baş göstərdiyini müdafiə etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]