Aralıq (anatomiya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aralıq
Qadın aralığı
Qadın aralığı
Kişi aralığı
Kişi aralığı
Latınca Perineum
Sistem Dayaq və hərəkət
Arteriya cinsiyyət arteriyasının aşağı düzbağırsaq və aralıq şaxələri — lat. aa. rectales inferiores et art. perinei
Vena cinsiyyət venaları
Sinir cinsiyyət sinirindən çıxan aşağı düzbağırsaq, aralıq, arxa xaya şaxələri — lat. nn. rectales inferiores, nn. perinei et nn. scrotales posteriores
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aralıqlat. perineum anus ilə xarici cinsiyyət üzvləri arasındakı nahiyənin adı olub, kiçik çanağın çıxacağı sayılır. Adətən romb şəklindədir. Qasıq bitişməsinin aşağı kənarı onu ön, büzdüm arxa, qasıqoturaq sümüklərinin aşağı şaxələri, oma-qabar bağı və oturaq qabarları isə yan tərəflərini əhatə etmişdir. Aralıq nəzəri olaraq oturaq qabarlarından keçən köndələn xətt vasitəsilə iki üçbucağa bölünür. Öndəkinə sidik-cinsiyyət üçbucağı — lat. trigonum urogenitale, arxadakına isə anus üçbucağı — lat. trigonum anale deyilir. Sidik-cinsiyyət üçbucağında kişilərdə penis, qadınlarda isə cinsiyyət yarığı — lat. rima pudendi, anus üçbucağında isə adından məlum olduğu kimi anus yerləşmişdir. Anus və cinsiyyət üzvləri arasında orta xətt boyunca piqmentli tikiş — lat. raphe perinei keçir. Aralıq əsasını əzələlər təşkil edir. Bura topoqrafik baxımdan anus nahiyəsi əzələlərindən təşkil olunmuş çanaq diafraqması — lat. diaphragma pelvis və sidik-cinsiyyət nahiyəsinə aid əzələlərdən təşkil olunmuş sidik-cinsiyyət diafraqması — lat. diaphragma urogenitale daxildir.

Aralıq fassiyaları

[redaktə | mənbəni redaktə et]

Aralıq aşağıdan xüsusi dərin və səthi fassiyalarla, yuxarıdan isə çanaq fassiyası ilə örtülüdür.

  • Aralığın sətfi fassiyası — lat. fascia superficialis perinei
  • Aralığın dərin fassiyası — lat. fascia profunda perinei
  • Çanaq fassiyası — lat. fascia pelvis

Aralıq əzələləri

[redaktə | mənbəni redaktə et]
  • Anusu qaldıran əzələ — lat. m. levator ani
  • Büzdüm əzələsi — lat. m. coccygeus
  • Anusu büzən xarici əzələ — lat. m. sphincter ani externus
  • Aralığın səthi köndələn əzələsi — lat. m. transversus prinei superficialis
  • Aralığın dərin köndələn əzələsi — lat. m. transversus prinei profundus

Damar və sinir təchizatı

[redaktə | mənbəni redaktə et]

Aralıq adətən daxili cinsiyyət arteriyasının aşağı düzbağırsaq və aralıq şaxələri — lat. aa. rectales inferiores et art. perinei ilə qanla təchiz olunur. Venoz qan isə eyni venalarla daşınır. Aralıq dərisi isə cinsiyyət sinirindən çıxan aşağı düzbağırsaq, aralıq, arxa xaya şaxələri — lat. nn. rectales inferiores, nn. perinei et nn. scrotales posteriores ilə innervasiya olunur.