Antisemitizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Antisemitizm (bəzən anti-semitizm kimi də yazılır;[1] həmçinin yəhudi əleyhdarlığı, yəhudi düşmənçiliyi) — millətçilik, irqçilik ideologiyasının bir növü; digər millətçilik formalarından fərqi onun yalnız bir xalqa - yəhudi millətinə və ya mədəniyyətinə, iudaizm dininə qarşı nifrət bəsləməsi və onları təqib etməsidir.

Antisemitizmin qədim yəhudilərin yaşadıqları bütpərəst cəmiyyətlərlə ziddiyyətə düşmələri nəticəsində meydana çıxdığını demək olar. Yəhudilərin bütpərəstliyə qarşı çıxmaları onların yaşadıqları ölkələrə sevgi hissi duymamaları şəklində qəbul edilirdi. Yəni, başlanğıcda antisemitizmin təməlini dini fikir ayrılıqları qoymuşdur. Antisemitizmi dünyanın bir çox qabaqcıl mütəfəkkirləri «yəhudilərin talançı təqibi» kimi pisləmişlər.

Xristianlığın meydana gəlməsindən sonra antisemit hərəkətlər xristianlığı iudaizmin müdaxilələrindən qorumaq və İsa Məsihin çarmıxa çəkilməsinin intiqamını almaq xarakteri qazandı. Roma İmperiyası dövründə İsgəndəriyyədə edilən yəhudi say azaltması buna bir nümunədir. Orta əsrlərdə yəhudilər əleyhinə bir sıra söz-söhbətlər (məsələn, xristian uşaqlarının yəhudi ayinlərində qurban edilməsi) ortaya çıxır və bu söz-söhbətlərdən təsirlənən xalq yəhudilərə qarşı qanlı hərəkətlər edirdi. Eyni dövrdə İslam ölkələrində antisemitizm əhli-kitab sayılan yəhudilərin zimmi statusu almaları sayəsində hər hansı bir problem meydana gətirmədi. Müsəlman İspaniyasında (Əndəluz), Bağdad, DəməşqQüdsdə yəhudilər ticarət sahəsində sərbəst çalışırdılar.

XIX əsrdə milliyyətçilik axınının Avropanı təsiri altına alması nəticəsində antisemitizmin dayağı dini xüsusiyyətlərdən irqi üstünlüyə keçərək xalq kütlələrindən böyük dəstək aldı. Antisemitizm bəzi dövlətlərin dövlət siyasəti səviyyəsinə qalxdı, məsələn, Orta əsrlərdə Rusiyada çar hakimiyyəti boyunca dövlət siyasətinin bir parçası olmuşdur. Yəhudilərin xüsusilə AlmaniyaAvstriya kimi ölkələrdə çox yaxşı şəraitdə yaşamaları onları milliyyətçilik ideyalarının əsas hədəfinə çevirdi. Yəhudilər tarixlərində ən rahat həyat mühitlərini islam idarəetmə üsulu olan ölkələrdə tapmışlar.

Antisemitizmin ən şiddətli şəkillərindən biri 1933-cü ildən sonra Hitler və Nasist partiyası tərəfindən ortaya atıldı. Almaniyada və İkinci dünya müharibəsində alman orduları tərəfindən işğal edilən ölkələrdə tətbiq olundu. Yəhudilərə qarşı görülən tədbirlər onların toplama düşərgələrində sistemli bir şəkildə məhv edilmələrinə əsaslanırdı. Ən böyük qırğın Polşada edildi. İkinci dünya müharibəsi ərzində almanlar tərəfindən 6 milyona yaxın yəhudi öldürülmüşdür ki, onların da milyon yarımı uşaqlardır. Bu hadisə Xolokost (ing. holocaust, qəd.yun. ὁλοκαύστος — "hər şeyin yandırılması") adı ilə tanınır.

Bu gün, ictimai planda antisemitizm bəzən yəhudilərlə təmasdan çəkinmə şəklində özünü daha çox büruzə verir. Bu hal bir çox ölkələrdə, hətta ABŞ-də, ən əhəmiyyətli yəhudi icmasının yaşadığı Nyu-Yorkda belə qeydə alınır.

"Semitische" (sami) ifadəsini ilk dəfə 1781-ci ildə alman tarixçi Avqust Lüdviq fon Şlöser arami, ərəbivrit dillərini briləşdirən dil qrupu üçün işlətməyə başlayıb.[2]

  1. Məmmədov, Elvin. "Qüdsdə erməni problemi varmı?". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 28 iyul 2021. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2021. Digər tərəfdən, məlumdur ki, Ermənistan Cənubi Qafqaz regionun ən anti-semitist ölkəsidir.
  2. Vermeulen, H.F. Before Boas: The Genesis of Ethnography and Ethnology in the German Enlightenment. Critical Studies in the History of Anthropology Series. University of Nebraska Press. 2015. ISBN 978-0-8032-7738-0. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. Schlözer 1781: p.161 "From the Mediterranean to the Euphrates, from Mesopotamia to Arabia ruled one language, as is well known. Thus Syrians, Babylonians, Hebrews, and Arabs were one people (ein Volk). Phoenicians (Hamites) also spoke this language, which I would like to call the Semitic (die Semitische). To the north and east of this Semitic language and national district (Semitische Sprach- und VölkerBezirke) begins a second one: With Moses and Leibniz I would like to call it the Japhetic."