News

Əsas Səhifə

Dil Faylları Haqqında

Əsas Səhifə

  • Dil Faylları Haqqında

    Hörmətli WordPress İstifadəçiləri! Artıq xeyli müddətdir ki, Wordpress-də tərcümə faylları ilə əlaqədar çox faydalı bir yenilik mövcuddur. Belə ki, mövzu və qoşmaların tərcümə edilmiş faylları birbaşa hər lokalizasiyanın öz səhifəsində mövcuddur. Yəni https://az.wordpress.org/themes/ və ya https://az.wordpress.org/plugins/  səhifələrindən qoşma və ya mövzu endirməklə bərabər onlara aid olan tərcümə fayllarını da endirə bilərsiniz. Bir çox tərcümə faylları onlara aid paketlərə…

    Read Post

  • WordPress 4.4 versiyası yaxında!

    WordPress 4.4 versiyası dekabr ayının 8-də istitifadənizə təqdim ediləcək. Bir çox yenilikləri özündə ehtiva edən bu versiya, həm də əvvəlki versiyalarda olan təhlükəsizlik xətalarından da təmizlənmişdir. Hələlik isə 4.4-RC1-35750 Beta Test versiyasını test edə bilərsiniz. Bundan başqa https://az.wordpress.org saytında Azərbaycan türkcəsinə tərcümə edilmiş mövzular və qoşmalar da mövcuddur ki, onlardan da faydalana bilərsiniz. Hər kəsə öncədən uğurlar!

    Read Post

  • WordPress- Azərbaycan

    WordPress-i Azərbaycan türkcəsində istifadə edən bütün həmvətənlərimizə müraciət edirik – əgər bu platformadan xoşunuz gəlirsə və ondan öz dilimizdə 100% tərcümə olunmuş formada istifadə etmək istəyirsinizsə, bizə qoşulun. Bizlərə qoşulun ki, sizin də yardımlarınız sayəsində mükəmməl bir beynəlxalq komanda yaradaq. Fikirlərimizi sosial şəbəkələrdə paylaşmaqdansa, birbaşa WordPress-in özündə öz türkcəmizdə forumumuzu yaradaq. Çünki tərcümə edilməmiş çox…

    Read Post

  • WordPress 3.9 istifadənizə təqdim edilir

    WordPress 3.9 versiyası, ənənəyə sadiq qalınaraq məşhur caz orqanisti Jimmi Smitin şərəfinə adlandırılmışdır. Yeni versiyada bir çox təhlükəsizlik problemləri həll edilməklə yanaşı, bir çox yenilikləri də özü ilə bərabər gətirmişdir. Vizual redaktor artıq mobil dəstəklidir, bundan başqa əvvəlki versiyaya nisbətən daha sürətlidir. Təsvirlərin redaktə edilməsi, vidcetlərin idarə edilməsi, mövzuların sadələşdirilmiş axtarışı və bir çox yeniliklər…

    Read Post

  • WordPress 3.9-RC1 test üçün hazırdır

    WordPress 3.9-RC1 beta versiyası test üçün internet həvəskərlarının və veb dizaynerlərinin istifadəsinə təqdim edilir. Yaxın günlərdə WordPress 3.9 tam olaraq istifadəyə hazır olacaqdır.

    Read Post

  • WordPress 3.9 versiyası

    WordPress 3.9 versiyası artıq tamamlanmaq üzrədir. Aprel ayında təqdim edilməsi planlaşdırılır. Yeni versiyada bir çox yeniliklərlə yanaşı, bəzi problemlər də həll edilmişdir. Yeni versiya təqdim edildikdə, onu çox bəyənəcəyinizi ümid edirik.

    Read Post

  • WordPress 3.8.1 versiyası artıq hazırdır

    WordPress 3.8 altı həftədən və 9,3 milyon dəfə endirmədən sonra WordPress 3.8.1 versiyasını Sizlərin istifadəsinə təqdim edir. 3.8 versiyasında 31 ədəd xəta tapıldı və 3.8.1 versiyasında bu xətalar aradan qaldırıldı. Bundan başqa alət lövhəsi və nəzarətçi ekran mövzusu yenidən dizayn edildi. WP_Query taksonomiya istəkləri ilə əlaqəli problemlər də həll edilmişdir.

    Read Post

  • WordPress 3.8 “Parker” təqdim edildi

    WordPress 3.8 “Parker” məşhur caz musiqiçisi Çarli Parkerin şərəfinə adlandırılmışdır. Bu versiya əvvəlki versiyalardan tamamilə fərqlənən yeni bir İdarəetmə lövhəsinə sahibdir. Ümid edirik ki WordPress 3.8 “Parker” xoşunuza gələcək. Modern estetika Yeni WordPress başlanğıc ekranı təzə, səliqəli dizaynı ilə sadəliyə və asanlığa qucaq açır. Təmiz tipoqrafiya Open Sans yazı formatı sadə, dostcanlı bir mətn təkmilləşməsi…

    Read Post

  • Salam Dünya!

    az.wordpress.org-a Xoş gəlmisiniz! Lütfən WordPress-i Azərbaycan türkcəsinə tam təkmil bir formada tərcümə etmək üçün bizlərə yardım edin. Sizlərin yardım və məsləhətlərinizə ehtiyacımız var.

    Read Post